İnşaat maşın və mexanizmlərinin əsaslı köçürülmə sahəsinin rəisi sahənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda inşaat maşın və mexanizmlərinin əsaslı köçürülmə sahəsinin rəisi İnşaat maşın və mexanizmlərinin quraşdırılması və sökülməsi daxil olmaqla, köçürülmə üzrə tapşırığın yerinə yetirilməsini təmin edir. Tikinti obyektlərində inşaat maşın və mexanizmlərinin köçürülməsinə aid qrafiklərin tərtib edilməsində iştirak edir. Bütün plan tapşırıqlarının və tikinti-iqtisadi göstəricilərin ahəngli yerinə yetirilməsini təmin edir. Əsaslı köçürülmə üzrə plan tapşırıqlarını işləyib hazırlanması və icraçıların (iş icraçısılar, mexaniklər, ustalar) nəzərinə çatdırılmasını təşkil edir və onların müəyyən edilmiş həcmdə, müddətdə və yüksək keyfiyyətlə yerinə yetirilməsini tələb edir. Onların lazımi materiallar və işçi qüvvəsi ilə təmin edilməsini təşkil edir.
Fəhlə və mütəxəssislərdən maksimum istifadə etmək məqsədi ilə, sahədə normalaşdırma və əmək haqqının ödənilməsinin mütərəqqi formalarını tətbiq edir. Müasir texniki vasitələrindən istifadə etməklə icra olunan işlərə mütərəqqi enerjiqənaətedən texnologiyasının tətbiq edilməsinə imkan yaradır.