Növbəti səyyar vergi yoxlaması məqsədi ilə vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının seçilməsi müvafiq olaraq təsərrüfat subyektləri və fəaliyyət sahələri üzrə vergidən və ya məcburi dövlət sosial sığorta və ya işsizlikdən sığorta haqlarından, yaxud icbari tibbi sığorta haqlarından yayınma risklərinin qiymətləndirilməsinə və riskli vergi ödəyicilərinin və ya sığortaedənlərin, yaxud sığortalıların müəyyən edilməsinə əsaslanır.

Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.

Bu zaman risklər nəzərə alınmaqla səyyar vergi yoxlaması məqsədləri üçün vergi ödəyicilərinin və ya sığortaedənlərin, yaxud sığortalıların avtomatlaşdırılmış seçimi həyata keçirilir.