İnzibati xətalar üzrə icraatın aparılmasında tətbiq olunan ciddi hesabat sənədləri və jurnallar BDYPİ-nin sifarişi ilə hazırlanır.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Bu sənədlər mərkəzləşdirilmiş qaydada DYP hissələrinə paylanır. DYP hissələri tərəfindən alınmış ciddi hesabat sənədləri “Ciddi hesabat sənədlərinin mədaxil və məxaric jurnalı”na uyğun şəkildə yazılmalıdır. Doldurulmamış sənədlərin kserosurətinin çıxarılması və istifadəsi qadağandır.