Cinayət hadisələri və yol-nəqliyyat hadisələri barədə məlumat qəbul edildikdə, növbətçi dərhal rəhbərliyə məruzə edir.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Hadisə yerindən qaçmış şəxslərin və nəqliyyat vasitələrinin axtarışı təşkil edilir. Yoxlanılan məlumatlara görə təxirəsalınmaz tədbirlər görülür və hadisələrin nəticələri ilə əlaqədar müvafiq addımlar atılır. Hər bir hadisə barədə əməliyyat-istintaq qrupları məlumatlandırılır.