Baş hidrogeoloq bina və qurğuların yerləşdirilməsidə və tikilməsində hidrogeoloji işlərin vaxtlı-vaxtında və keyfiyyətli icrasını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda baş hidrogeoloq inşa ediləcək sahənin hidrogeologiyasının kompleks öyrənilməsini təmin edir. İcra olunan tikinti-quraşdırma işlərinin layihə sənədlərinə və texniki şərtlərə (su səviyyəsinin endirilməsi və suyun axıdılması ilə bağlı tikinti işləri, inyeksiya və sementləşmə işləri, drenaj tədbirləri, yeraltı suların müvəqqəti üvə daimi su təchizatında istifadə edilməsi üçün suyığıcı (sugötürən) qurğular və s.) uyğunluğunu müəyyənləşdirmək məqsədilə layihə təşkilatları tərəfindən keçirilən müəllif nəzarətində iştirak edir. Su səviyyəsinin endirilməsi və suyun axıdılması (suçəkən) sistemlərinin, müvəqqəti su təchizatının suyığıcı qurğularının istismarına nəzarət edir.