Kəlbəcərdə zəlzələ oldu

08 Aprel 2025, 01:50

Aprelin 8-də yerli vaxtla saat 00.35-də Ağdam stansiyasından 48 km cənub-qərbdə, Kəlbəcər rayonunda 3,7 maqnitudalı zəlzələ olub.

Heftelik.az-ın xəbərinə görə, , bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələnin  ocağı 11 kilometr dərinlikdə olub.