Mütəşəkkil nəqliyyat dəstəsinin patrul avtomobilləri ilə müşayiəti DİN, BDYPİ və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Müşayiət tapşırığı əsasında bu prosesin təşkilatı və təhlükəsizliyi təmin edilir. Mütəşəkkil nəqliyyat dəstəsinin təhlükəsiz hərəkəti üçün xüsusi avadanlıq və təchizatdan istifadə olunur. Müşayiət zamanı patrul avtomobillərinin sayını və hərəkət marşrutunu müəyyən edən nizami polis komandiri təlimatlar verir.