YPX inspektoru, qanunsuz hərəkət edən və ya cinayət törətməkdə şübhəli olan nəqliyyat vasitəsini məcburi dayandırmaq üçün vasitələrdən istifadə edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Bu vasitələrə kirpi və ya avtomatik çəpərlər daxildir. Əgər sürücü tələbi yerinə yetirmirsə, məcburi dayandırma tətbiq olunur. YPX inspektorunun tələbinə tabe olmayan sürücülər üçün bu vasitələrdən istifadə olunur.