İnzibati xəta zamanı sürücünün hüquqları məhdudlaşdırıldıqda, onun sürücülük vəsiqəsi alınır və müvəqqəti idarəetmə hüququ verən sənəd təqdim olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Müvəqqəti sənədi almaqdan imtina edən sürücü barədə müvafiq qeyd edilir. Protokolun imzalanmaması halında isə iş icraçılara təhvil verilir və müvafiq görüntülər əsas götürülərək qərar qəbul edilir.