YPX əməkdaşının xidmət fəaliyyəti bir sıra əsas meyarlara əsaslanaraq qiymətləndirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.  Əməkdaşın qanunçuluğa riayət etməsi, əməliyyat şəraitini və hüquqlarını bilməsi əsas götürülür.

Həmçinin, cinayətlərin açılması və yol-nəqliyyat hadisələrinə reaksiya vermək bacarığı da qiymətləndirilir. Sənədləşmə, informasiyanın işlənməsi və texniki vasitələrdən istifadənin effektivliyi də nəzərdən keçirilir.