Sənədlərin yoxlanması zamanı YPX inspektoru öz təhlükəsizliyini təmin etməli və sürücü ilə arasındakı məsafəni düzgün seçməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

İnspektor, arxasını sürücüyə çevirməməli və nəqliyyat vasitəsində və ətrafındakı şəxslərə daim nəzarət etməlidir. Naryadda olan digər inspektorlar da təhlükəsizliyi təmin etmək üçün müvafiq mövqedə olmalıdırlar. Bu, inspektorların zərərli vəziyyətlərdən qaçınmasına kömək edir.