YPX inspektoru xidməti fəaliyyətdə xüsusi geyim formasından istifadə etməli, bu geyim üzərində tanınma nişanları və işıq-səs siqnalları olan avadanlıqlar olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Patrul avtomobili və motosikletləri ilə xidmət aparan zaman YPX inspektoru yol hərəkəti iştirakçıları üçün görünən olmalıdır. Patrul avtomobilləri hər hansı bir maneə arxasında yerləşdirilməməli və yol hərəkəti qaydalarına zidd hərəkət etməməlidir. Həmçinin, YPX inspektorunun xidməti avadanlığı videokamera və digər texniki vasitələrlə təchiz olunur.