YPX-nin iş planları, DYP bölümlərinin rəisləri tərəfindən təsdiq edilir, nizami polis hissələri üzrə isə DYP baş idarəsinin, idarəsinin və şöbəsinin rəisi tərəfindən təsdiq olunur.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Planın təsdiq olunduqdan sonra, razılıq əsasında əsaslandırılmış dəyişikliklər və əlavələr edilə bilər. Bu dəyişikliklər planı tərtib etmiş şəxs tərəfindən təklif olunur. Planın yerinə yetirilməsi haqqında arayış hər rübün sonunda əməliyyat müşavirələrində müzakirə olunur.