YPX-nin aparılmasına gündəlik nəzarət nizami polis hissələrinin komandirləri və digər müvafiq şəxslər tərəfindən həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Nəzarət, həmçinin DİN rəhbərliyinin tapşırıqları əsasında başqa xidmət əməkdaşları tərəfindən də təmin edilir. Aşkar və gizli yoxlamalar yolu ilə xidmətin keyfiyyəti izlənilir. Bu yoxlamalarla xidmətin təşkilinin və əməliyyat vəziyyətinin düzgünlüyü təmin edilir.