İş icraçısı obyektyanı anbar təsərrüfatında qiymətli materialların qorunmasını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda iş icraçısı hər gün işə başlamazdan əvvəl, təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar olunmuş nöqsanların aradan götürülməsi üçün tədbirlər görür, müntəzəm olaraq fəhlələrlə təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulmasının araşdırmaları haqqında söhbətlər aparır. Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir. Fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflərlə təqdim edir. Səmərələşdiricilərə lazımi kömək göstərir. Kollektivdə tərbiyəvi iş aparır. Fəhlələrin ixtisas artmasını təşkil edir.