Baş mexanik texniki xarakteristikaları bilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda baş mexanik inşaat maşınlarının, mexaniklərinin və avadanlıqların konstruktiv xüsusiyyətini, iş rejimini, onların texniki istismar qaydalarını; təmirin təşkili və aparılması üzrə normativ-texniki sənədləri; mexaniki-təmir işlərinin təşkili və texnologiyası; zədələrin siyahısının, inşaat maşınlarının və mexanizmlərinin istismarı üzrə pasportların və digər sənədlərin tərtibi qaydalarını; iqtisadiyyatın və istehsalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; inşaat maşınlarının təmir və istismarını, material ehtiyatlarının qənaətli istifadəsi sahəsində elm və texnikanın nailiyyətləri, qabaqcıl milli və beynəlxalq təcrübəni; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi; təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları bilməlidir.