İnşaat maşın və mexanizmlərinin əsaslı köçürülmə sahəsinin rəisi təhlükəsiz istismar qaydaları, texniki xidmət və sahədə istifadə edilən texnoloji avadanlıq, dəzgah, mexanikləşdirilmiş alətlər, aparatura və digər texniki vasitələrin təhlükəsiz istismar xidmət və profilaktik təmirinə aid qaydalarının yerinə yetirilməsinə nəzarət edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda inşaat maşın və mexanizmlərinin əsaslı köçürülmə sahəsinin rəisi təzə və əsaslı təmir olunmuş inşaat yol maşını və digər texniki vasitələrin sürüb yoxlanmasını və sınaqdan keçirilməsini təşkil edir. Dövlətdağmədəntexnikinəzarətin nəzarətində olan yüksək yükqaldıran maşın və digər istifadə edilən avadanlıqların təhlükəsiz istismarını təmin edir. Ehtiyat hissələri yanacaq-sürtkü və digər təmir istismar materiallarının qənaətlə işlədilməsinə nəzarət edir. İstehsalatın dövr edən yığma hissələrə, ehtiyat hissələrinə, alətlərə, yanacaq-sürtkü və digər materiallara olan ehtiyacını müəyyən edir. Uçot və hesabatın, qüvvədə olan təlimatlarda və statistik hesabat formalarına uyğun aparılmasını təşkil edir.