YPX, xidməti ərazidə baş verən yol-nəqliyyat hadisələri və cinayətlər barədə ətraflı məlumat toplayır.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Hadisələrin iştirakçıları, maddi zərər görən nəqliyyat vasitələri və xəsarət almış şəxslər barədə məlumatlar qeydiyyata alınır. Bu məlumatlar, həmçinin YPX əməkdaşlarının qanunçuluğa riayət etməsi və nizam-intizam barədə də məlumatlar ilə birgə təhlil edilir. Bu məlumatlar daha sonra müvafiq orqanlara təqdim edilərək, tədbirlərin effektivliyi artırılır.