Məsul növbətçi xidmət aparılan ərazidə məlumatların gündəlik toplanmasını və təhlilini təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Bu məlumatlar yol-nəqliyyat hadisələri, cinayət hadisələri, aşkar olunan inzibati xətalar və digər vacib məlumatları əhatə edir. Təhlil edilmiş məlumatlar qiymətləndirilərək müvafiq qurumlara təqdim edilir. Növbətçi, əməliyyat şəraiti haqqında ətraflı məlumat təmin edir.