Mütəşəkkil nəqliyyat dəstəsinin müşayiəti xüsusi rəngləmə sxemləri və tanınma nişanlarına malik patrul avtomobilləri ilə təmin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Avtomobillər xüsusi işıq və səs siqnalları ilə təchiz olunur. Bu texniki avadanlıq müşayiətin düzgün və təhlükəsiz aparılmasını təmin edir. Hər bir patrul avtomobilinin texniki sazlığı komandir tərəfindən yoxlanılır.