Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslar müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.

Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslar aşağıdakılardır:

– verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə;

– vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə.