Patrul avtomobilləri və motosikletlərindən istifadə edərək xidmət apararkən əsas metodlar arasında nəqliyyat vasitələri axınında hərəkət, qəza təhlükəli yerlərdə dayanma və YPX inspektorunun yüksək hərəkət intensivliyinə malik olan sahələrdə piyada hərəkət etməsi yer alır.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Xidmətin aparılma metodları, patrul marşrutunda yaranan şəraitə uyğun olaraq növbələşdirilir. YPX inspektoru, video və mikrofondan istifadə edərək sürücülərlə ünsiyyət qurmalıdır.