Baş hidrogeoloq qurğuların, yamacların özüllərinin, tikilən açıq və yeraltı mədən yerlərinin (şaxtaların) qəbulunda iştirak edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda baş hidrogeoloq əlverişsiz hidrogeoloji şəraitində (yeraltı suların tikinti mədənlərində yol açmaq ehtimalı, axar qumlar, suyun səviyyəsinin enməsi ilə əlaqədar çökmə-uçulma halları və s.) yerləşən tikinti sahəsində işlərin təhlükəsiz icra olunması üzrə tədbirlərin görülməsinə nəzarəti təmin edir. Suyun özünə yol açması (torpaq sahəsinə, özüllərə və s.) ilə əlaqəli qərarların nəticələrini ləğv etməsi üzrə tədbirlərin hazırlanmasında iştirak edir.

Müşahidə və tədqiqatların metodikasını işləyib hazırlayır, icra olunan hidrogeoloji işlərin təşkilini təkmilləşdirir. Tikinti-quraşdırma işləri prosesində yeraltı suların çirklənmədən qorunmasına, inşa vaxtı istifadə edilən və qurğuların istismarında istifadə edilə bilən rejimli hidrogeoloji şəbəkənin saxlanmasına aid ətraf mühitin mühafizəsi üzrə tələblərinə riayət olunmasına nəzarət edir.