Piyada xidmətinin aparılması zamanı YPX inspektoru yolun kənarında və təhlükəsiz bölgələrdə hərəkət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Piyada xidmətin aparılması zamanı YPX inspektorunun yol hərəkəti iştirakçıları tərəfindən asanlıqla görülməsi təmin edilməlidir. YPX inspektoru, inzibati xəta barədə protokol hazırlamaq və digər əməliyyatları həyata keçirmək üçün avtomobildə oturmamalıdır. Hərəkət zamanı hər hansı bir ləngimə və ya nasazlıq vəziyyətlərində YPX inspektoru jestlərlə tənzimləmə işləri aparır.