Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında göstərilən hər hansı müddət göstərilən dövrün sonuncu gününün axırında qurtarır.

Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.

Bu Qaydalarda göstərilən hər hansı müddət göstərilən dövrün sonuncu gününün axırında və ya aşağıdakı vaxtlarda qurtarır:

– illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə;

– aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə;

– həftələrlə hesablanan müddət müddətin sonuncu həftəsinin müvafiq günündə;

– günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda.