Səyyar vergi yoxlaması vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının təsərrüfat subyektində (obyektində), təsərrüfat subyekti (obyekti) olmadığı halda isə vergi orqanının müəyyən etdiyi yerdə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xarici dövlətlərin (ərazilərin) səlahiyyətli orqanının nümayəndəsi Azərbaycanda və ya Azərbaycan Respublikasının vergi orqanının səlahiyyətli nümayəndəsi həmin xarici dövlətdə (ərazidə) fəaliyyət göstərən vergi ödəyicisində keçirilən səyyar vergi yoxlamalarında iştirak edə bilər.