Diplomatik imtiyazları olan əcnəbilər diplomatik immunitetə malikdirlər və bununla bağlı xüsusi qaydalara tabedir.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Bu şəxslərin qeydiyyata alınması vəsiqələrində diplomatik imtiyazların olması barədə qeyd olunur. Bu imtiyazlar onların hüquqi məsuliyyətə cəlb edilməsində müəyyən məhdudiyyətlər qoyur. Bununla belə, diplomatik immunitet bu şəxslərə müəyyən hüquqi üstünlüklər təqdim edir.