Müşayiət tapşırığı aldıqdan sonra nizami polis komandiri müxtəlif tapşırıqları yerinə yetirir.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Komandir müşayiət üçün lazım olan patrul avtomobillərinin sayını təyin edir. Eyni zamanda, hərəkət marşrutlarını və təhlükəsizlik tədbirlərini öyrənir. Təlimatlandırılmış heyət və onların qarşılıqlı əlaqələri təmin edilir.