YPX inspektoru təqib etdiyi nəqliyyat vasitəsini daim görünüş dairəsində saxlamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Təqib olunanın hərəkətləri əvvəlcədən qiymətləndirilməli, onun gizlənməsinə maneə olunmalıdır. Təqibdə bacarıq və ehtiyatla manevr edərək ən qısa marşrut seçilməlidir. Təqib zamanı sürücünün və sərnişinlərinin davranışlarına diqqət yetirilməlidir.