YPX-nin qüvvə və vasitələrinin operativ idarə edilməsi nizami polis hissəsinin komandiri və DYP bölümü rəisi tərəfindən həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Növbətçi hissə, DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin tabeliyinə daxildir. Hissə, sutkalıq naryad təyin etməklə xidmətin fasiləsiz aparılmasını təmin edir. Əməkdaşlar, xidmətə cəlb edilən qüvvələrin yerinə yetirilməsini izləyir və müvafiq tədbirlər görür.