Əgər nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və bu, maddi zərərə səbəb olubsa, sahib məhkəməyə müraciət edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
YPX inspektoru tərəfindən qanunsuz saxlanılan nəqliyyat vasitəsinin müvafiq tədbirlər ilə kənarlaşdırılması təmin olunur. Həmin nəqliyyat vasitəsi, sərxoş sürücülər və ya hüququ olmayan şəxslər tərəfindən idarə edildikdə, evakuator vasitəsilə duracağa aparılır. Nəqliyyat vasitəsinin qanunsuz saxlanması nəticəsində hüquqi məsuliyyət yaranır.