Rafael Qvaladze təltif edildi

10 Aprel 2025, 11:36

Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Rafael Sergeyeviç Qvaladze Konstitusiya Məhkəməsinin hakimidir.