Yoxlama və yaxud onun yekunu zamanı sual doğuran məqamlar müəyyən edildikdə əlavə araşdırmalar aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.

Səyyar vergi yoxlaması zamanı aparılmış bütün hesablamalar düzgün və dəqiq olmalıdır. Vergi qanunvericiliyinin və ya sosial sığorta və işsizlikdən sığorta haqqında, yaxud tibbi sığorta haqqında qanunvericiliyin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, habelə icbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) pozulması hallarını özündə əks etdirən sübutlar haqqında ətraflı məlumatlar toplanılmalı və aydın formada səyyar vergi yoxlaması aktında qeyd edilməlidir.