Baş mühəndis tikinti təşkilatının fəaliyyətinə texniki rəhbərliyi həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Baş mühəndis tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərini və texniki siyasətini, əmək məhsuldarlığının artmasının yüksək tempini, istehsalın mühəndis hazırlığı səviyyəsinin daim artmasını, xərclərin ixtisarını, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasını və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi ilə onun texnologiyasının və təşkilinin təkmilləşdirilməsini müəyyən edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün işlərə rəhbərlik edir. Texnoloji intizama riayət olunmasına, tikinti norma və qaydalarının yerinə yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına nəzarəti həyata keçirir. İstehsalın mühəndis hazırlığını, inşaat texnikasının istismarını, təmir və modernləşdirilməsini təmin edir, Tikinti istehsalının təşkilinik. Təkmilləşdirilməsini, tam təsərrüfat hesabı və özünümaliyyələşdirmənin prinsiplərinin geniş tətbiqini təmin edir.