İnşaat maşın və mexanizmlərinin əsaslı köçürülmə sahəsinin rəisi sahədə olan texniki vasitələrin və digər qiymətli malların, materialların qorunması təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda inşaat maşın və mexanizmlərinin əsaslı köçürülmə sahəsinin rəisi səmərələşdirmə və ixtiraçılıq işləri üzrə rəhbərliyi yerinə yetirir, ixtira və səmərələşdirici təkliflərin işlənib hazırlanmasına və tətbiqinə lazımi köməklik göstərir. Müntəzəm olaraq təhlükəsizlik texnikasının qayda və normalarına riayət edilməsi üzrə iş aparır, bədbəxt hadisələrin araşdırılmasını və uçotunu təşkil edir, onların qarşısını almaq üçün tədbirlər işləyib hazırlayır, sahə işçilərinin təhlükəsizlik texnikasının qaydalarına aid biliklərinin vaxtaşırı yoxlanmasında iştirak edir. Xüsusi geyim və mühafizəedici vasitələrin vaxtlı-vaxtında alınması və istifadəsinə nəzarət edir.