Yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulursa, “Yol-nəqliyyat hadisəsinin sxemi” tərtib olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Bu sxem, hadisənin baş verdiyi yer və nəqliyyat vasitələrinin vəziyyətini əks etdirir. Hadisənin iştirakçıları və şahidləri tərəfindən imzalanan sxem protokola əlavə edilir. Sürücülərə də zədələnməyə dair arayış verilir.