YPX inspektorlarının xidmətini yoxlayan şəxslər, patrul postlarındakı videokamera və digər texniki vasitələrdən istifadə edə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Yoxlama zamanı əməkdaşın xarici görünüşü və təlimatlara uyğunluğuna diqqət yetirilir. Əməkdaşın xidmət postundakı əməliyyat vəziyyətinə aid bilgiləri qiymətləndirilir. Həmçinin, əməkdaşın xüsusi texniki vasitələri istifadə etmə bacarığına diqqət yetirilir.