Baş hidrogeoloq bina və qurğuların yerləşdirilməsində və inşasında aparılan hidrogeoloji işlərə aid müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının sərəncamlarını, əmrlərini, digər rəhbəredici, metodiki və normativ sənədləri bilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Həmçinin baş hidrogeoloq iqtisadiyyatın, istehsalatın təşkilinin əməyin və idarəetmənin əsaslarını; hidrogeoloji işlərin aparılmasına aid elmin nailiyyətlərini, bu sahədə qabaqcıl təcrübələri; əmək qanunvericiliyinin əsaslarını; hidrogeoloji işlərin yerinə yetirilməsində əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə üzrə norma və qaydaları bilməlidir.