Yol-nəqliyyat hadisələri barədə məlumat daxil olduqda məsul növbətçi hadisənin yeri, vaxtı, zərər çəkənlər və nəqliyyat vasitələri barədə məlumatları dəqiqləşdirir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Hadisə yerindən ətraflı məlumat alınır və tibbi yardım göstərilməsi barədə tədbirlər görülür. Zərər çəkən şəxslərin əlaqə məlumatları və göndərildiyi tibb müəssisəsinin ünvanı da qeyd olunur. Bu məlumatlar, hadisənin tam və dəqiq şəkildə qeydə alınmasını təmin edir.