Böyük iş icraçısı (sahə rəisi) sahənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda böyük iş icraçısı (sahə rəisi) Obyektlərin vaxtlı-vaxtında istismara verilməsini, tikinti istehsalatının ritmik gedişini, tikinti-quraşdırma və buraxılış-sazlama iş tapşırıqlarının bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini. maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə olunmasını, əmək haqqın və əmək məhsuldarlığı artımlarının arasındakı düzgün nisbətən riayət edilməsini təmin edir. Tikinti-quraşdırma işlərinin kompleks mexanikləşdirilməsi, əməyin elmi təşkili və yeni texnikanın tətbiqi, tikinti-quraşdırma və barxılış-sazlama işlərinin əmək-tutumunun və maya dəyərinin aşağı salınması, əməyin mütərəqqi üsul və metodlarının ümumiləşdirilməsi və yayılması üzrə iş aparır. Sahənin istehsalat fəaliyyəti haqqında planlaşdırma, uçot və hesabatın tərtibini təşkil edir.