Baş mühəndis təşkilatın perspektiv inkişaf planlarının yenidən qurulmasının və modernləşdirilməsinin işləmələrinə, təbii ehtiyatların qənaətlə istfadəsi və daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması əv tikinti-istehsal mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərə başçılıq edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Baş mühəndis layihə-smeta sənədlərinin vaxtında hazırlanmasını təmin edir. İşlərin istehsal layihələrinin işləmələrini və icrasını, tikinti istehsalının texniki səviyyəsinin artırılması üzrə tədbirləri, yeni texnika və texnologiyanın tətbiqi planlarını, elmi-tədqiqat və təcrübə-konstruktiv işlərinin texniki-təşkilat tədbirlərini, tikintinin təşkili layihəsində (POS-TTL) nəzərlə tutulmuş tədbirlərin yerinə yetirilməsini təşkil edir. Elmi-tədqiqat və layihə təşkilatları və ali təhsil məktəbləri ilə eyni texnika və texnologiyanın işlənməsinə aid müqavilə bağlayır, onların yerinə yetirilməsinə nəzarət edir. Tikinti istehsalının, əməyin və idarəetmənin elmi əsasda təşkilinin təkmilləşdirilməsi, hesablama texnikasının tətbiqi, idarəetmə işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə tədbirlər görür.