Stasionar postlar, əsasən respublika əhəmiyyətli avtomobil yollarında və şəhər daxilindəki əsas yollarda təşkil edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Postlar, müvafiq avadanlıqla təmin olunur, bunlara videomonitorlar, alkoqol test cihazları, videokameralar, yanğınsöndürən vasitələr və digər texniki cihazlar daxildir. Stasionar postlarda həmçinin müvafiq qeydiyyat jurnalları və nəqliyyat vasitələrinin uçotu üçün qeydlər saxlanılır. Postların ərazisi gecə vaxtı yaxşı işıqlandırılmalıdır.