Yoxlamalar zamanı əməkdaşın işinin təşkilinə, xüsusilə hərəkətə nəzarət etmə və qanun pozuntularını aşkar etmə bacarığına qiymət verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Həmçinin, əməkdaşın mürəkkəb əməliyyat şəraitində fəaliyyət göstərmə qabiliyyəti qiymətləndirilir. Yoxlamanın nəticəsində xidmətin effektivliyi və əməliyyat şəraitinin düzgünlüyü yoxlanılır. Bu zaman hərəkət iştirakçıları ilə qarşılıqlı münasibət də diqqətə alınır.