Qanunvericilikdə nəzərdə tutulmuş hallarda, qanunvericiliyin tələblərinə uyğun olaraq bazar qiymətləri barədə məlumat bazasından və mənbəyi bəlli digər məlumatlardan istifadə etməklə vergilərin hesablanması üçün tədbirlər görmək, vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlaqəli məlumatlara əsasən vergitutma obyektlərini müəyyən etmək və vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınan və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar almaq səyyar vergi yoxlamasını keçirən yoxlayıcıların hüquqları sırasındadır.
Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.