İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) istehsalat-komplektləşdirmə sahəsinin rəisi sahədə istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik edir, material, məmulat, yarımfabrikatların koplektləşdirmə, konteynerləşdirmə və paketləşdirilməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) istehsalat-komplektləşdirmə sahəsinin rəisi qeyri-tipləşdirilmiş və ya qeyri-seriyalı konstruksiya və məmulatların hazırlanmasını təşkil edir. Bilavasitə obyektin işçi zonasına, mərkəzləşdirilmiş qaydada, komplektləşdirilmiş konstruksiya, məmulat, yarımfabrikat və materialların çatdırılmasını icra edir.
Məmulat, material, avadanlığın sahəyə vaxtlı-vaxtında daxil olması, eləcə də onların müəyyən edilmiş vaxtda, lazımi sayda və müvafiq keyfiyyətdə obyektlərə çatdırılmasının operativ uçotunu və nəzarətini təşkil edir. Ümumi istifadə olunan stansiyalardan, vaqonların İTKİ-nin dəmiryol xəttiyanı anbarlarına verilməsi və qaytarılmasına, eləcə də vaqonların istifadəsinə aid xərclərin ödənilməsinə nəzarət edir. Material ehtiyatlarının vaxtlı-vaxtında boşaldılmasını, avtonəqliyyata yüklənməsini, eləcə də daxil olan material və məmulatların çeşidlərə ayrılmasını təşkil edir.