Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində hadisə yerini tərk edən şəxs barədə məlumatlar toplanır.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Bu məlumatlar hadisənin şahidləri ilə birlikdə təqdim edilir. Əgər tərəflər arasında mübahisə yoxdursa və sağlamlığa zərər dəyməyibsə, sürücü hadisə yerini tərk edə bilər. Mübahisə yaranarsa, müvafiq qərar verilir və görüntülər əsasında baxılır.