YPX naryadlarının HAZIRLIĞI

11 Aprel 2025, 01:09

YPX-nin aparılması üçün naryad təyin edilmiş əməkdaşların təlimatlandırılması və yerləşdirilməsi DİN tərəfindən təsdiq edilmiş təlimata uyğun həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Təlimatlandırma xüsusi təchiz olunmuş sinifdə və ya tikiliyə bitişik meydançada keçirilir. Naryadların təlimatlandırılmasında nizami polis hissəsinin komandiri və digər məsul şəxslər iştirak edir. Təlimatın başlanmasından ən azı 15 dəqiqə əvvəl əməkdaşlar təlimatın keçirildiyi yerə gəlməli və məruzə etməlidirlər.