YPX-nin xidmətinin TƏŞKİLİ

11 Aprel 2025, 01:08

YPX-nin fəaliyyəti, xidmət ərazisindəki qəzalılıq və hüquq pozuntularının vəziyyəti, yolun uzunluğu və hərəkət şəraitinə uyğun təşkil olunur.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Xidmət, həmçinin sutkanın müxtəlif saatları, həftənin günləri və ilin fəsilləri nəzərə alınaraq həyata keçirilir. YPX-nin fəaliyyətini təmin etmək üçün müxtəlif patrul postları və marşrutlar təşkil olunur. Hər bir post və marşrut üçün xüsusi xidmət qaydaları müəyyən olunur.