Bərdə rayonunda qadın sosial şəbəkədə mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova “TikTok” sosial platformasında yaranmış mübahisə zəminində 1992-ci il təvəllüdlü Ceyhun Zeynalovla görüşüb və ona bıçaqla xəsarət yetirib.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, xəsarət alan şəxs Vətən müharibəsi iştirakçısıdır.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.