Qəbələdə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Qəbələ rayonunda baş verib.
Rayon sakini 53 yaşlı Hacibalayeva Xatirə Məzahir qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Aparılan bütün səylərə baxmayaraq şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.